12px13px15px17px
Tarix:29/03/13

Miqrasiya haqqında qanunvericiliyin pozulmasına görə tətbiq olunan cərimələr internet vasitəsilə ödənilə bilər

Miqrasiya haqqında qanunvericiliyin pozulmasına görə tətbiq olunan cərimələrin internet vasitəsilə ödənilməsi xidməti tam avtomatlaşdırılıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət Azərbaycan Respublikasının ərazisində miqrasiya haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə barələrində qanunvericiliyə uyğun şəkildə inzibati qərar qəbul edilmiş şəxslər tərəfindən cərimələrin Azərbaycan Dövlət Miqrasiya Xidmətinə gəlmədən internet vasitəsilə ödənilməsini əhatə edir.

Miqrasiya haqqında qanunvericiliyin pozulmasına görə tətbiq olunacaq cərimələr barədə məlumat almaq ucun fiziki və ya hüquqi şəxslər DMX-nin saytının (migration.gov.az) elektron xidmət bölməsinə daxil olaraq cərimələrin internet vasitəsilə ödənilməsi müraciətini seçirlər.

Bu zaman həmin pəncərədə istifadəçiyə sorğunu göndərmək üçün lazım olan məlumatların siyahısı göstərilir. Cərimə və rüsumları internet vasitəsilə ödəmək istəyən şəxslər elektron xidmət bölməsində onlara aid məlumatları tapmaq ucun ilkin olaraq sənədin növünü, nömrəsini, verilmə tarixini və şəxsin doğum tarixini sistemə daxil edirlər. Sorğu qəbul olunduğu təqdirdə istifadəçiyə dərhal müvafiq məlumatlar təqdim olunur. Cərimələr internet vasitəsilə ödənildikdən sonra bu barədə məlumatlar aidiyyəti struktur bölmələrə ötürülür. Prosesin müddəti şəxslərin ödənişi həyata keçirməsi ilə bağlı məlumatın daxil olmasından və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

Cərimələrin ödənilməsi şəxslərin Azərbaycan Respublikasında yaşamasının leqallaşdırılmasına və yaxud inzibati qaydada ölkədən çıxarıla bilmələrinə zəmin yaradır. Cərimənin ödənilməsi barədə məlumat avtomatlaşdırılmış qaydada Dövlət Miqrasiya Xidmətinin informasiya sisteminə ötürülür.

Qeyd edək ki, interaktiv növlü xidmətin istifadəçiləri Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

CAHANGİR



Baxış sayı: 2206

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020