12px13px15px17px
Tarix:29/03/13

Regionlarda mövcud telefon xətti üzərindən genişzolaqlı multimedia rabitə xidmətlərindən istifadə qiyməti ucuzlaşdırıldı

"Aztelekom" İB istifadəçilərə mövcud telefon xətti üzərindən genişzolaqlı multimedia rabitə xidmətlərindən istifadəni yeni tariflərlə təklif edir.

Birlikdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, İP TV xidmətindən istifadə edənlər, multiservis şəbəkə avadanlığı üzərindən eyni zamanda İnternetə yüksəksürətli çıxış, dünyanın 100-ə yaxın televiziya kanalına baxmaq imkanı, yüksəkkeyfiyyətli ənənəvi telefoniya və eləcə də faks xidməti, olduqca ucuz qiymətlərlə İP telefoniya, radio rabitə xidməti və s. genişzolaqlı, multimedia rabitə xidmətləri əldə etmiş olacaqdır.

Regionlarda İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, internet resurslarından geniş istifadə edilməsi məqsədilə İP TV xidməti tariflərinə yenidən baxılmış, tariflər aşağıdakı kimi müəyyən edilib.

Yeni tariflər
 

Xidmətin adı Tarif ƏDV daxil olmaqla, manatla
1 İP TV xidmətinə qoşulmasına görə birdəfəlik haqq:
1.1 Genişzolaqlı internet xidmətlərindən istifadə edən abunəçilər üçün Ödənişsiz
1.2 Genişzolaqlı internet xidmətlərindən istifadə etməyən abunəçilər üçün 5,00
2 İP TV-nin standart kanal paketindən aylıq istifadə haqqı 4,00
3 İP TV-nin servis xidmətləri:
3.1 Sorğu əsasında video xidmətlərindən aylıq istifadə haqqı (VOD) 5,00
3.2 Zamana görə sürüşdürülmüş televiziya xidmətindən aylıq istifadə haqqı (TSTV) 7,00
3.3 Sorğu əsasında televiziya xidmətindən aylıq istifadə haqqı (TVOD) 8,00
3.4 Fərdi videoyazı xidmətindən aylıq istifadə haqqı (NPVR) 10,0


RƏVAN



Baxış sayı: 934

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020