12px13px15px17px
Tarix:29/03/13

2131 min ədəd ağac müasir texnologiyaya uyğun daimi suvarılma ilə təmin ediləcək

Yaşıllıqların fasiləsiz olaraq suvarma suyu ilə təmin olunması üçün quraşdırılmış dünya standartlarına cavab verən damcılı suvarma sistemləri və Kür çayında tullantı suları təmizləyən, şoran suları duzsuzlaşdıran qurğular ilkin sınaq və yuyulma mərhələlərindən keçirilərək istismara verilib.

“ICTnews” elektron xəbər xidmətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən bildirilib ki, bu işlər ETSN tərəfindən 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının yaşıllaşdırılmasına dair layihələr çərçivəsində həyata keçirilib:

“Ümumilikdə, bu qurğuların istifadəyə verilməsi ilə yaşıllaşdırma layihələri çərçivəsində 1835 hektar ərazidə 2131 min ədəd ağacın müasir texnologiyaya uyğun daimi suvarılması mümkün olacaq”.

HƏQİQƏT



Baxış sayı: 2709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024