12px13px15px17px
Tarix:30/03/13

Sınaq imtahanlarına yazılmaq istəyənlər TQDK-nın internet saytında istifadəçi səhifəsi yaratmalıdır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirəcəyi sınaq imtahanlarına yazılmaq istəyən hər bir şəxs TQDK-nın internet saytının “Sınaq imtahanlarına yazılış” bölməsinə daxil olub əldə etdiyi virtual ödəmə kartından istifadə etməklə özünə istifadəçi səhifəsi yaratmalıdır.

Səhifə yaradıldıqdan sonra istifadəçinin balansında kart vasitəsilə yüklədiyi məbləğ mövcud olacaq. Komissiyadan qeyd edilib ki, istifadəçilər sınaq imtahanlarında neçə dəfə iştirak etmək istədiklərini nəzərə alıb lazım bildikləri qədər yeni ödəmə kartı əldə edib balanslarını artıra bilərlər.

Əgər abituriyent yüklədiyi kart vasitəsilə qarşıdakı sınaq imtahanına yazılmayıbsa, o, balansında olan məbləğdən istifadə etməklə növbəti sınaq imtahanına yazıla bilər.

Belə ki, 2013-cü ildə əldə edilmiş ödəmə kartı 2013-cü il ərzində TQDK tərəfindən keçiriləcək istənilən sınaq imtahanına yazılmaq üçün etibarlığını itirmir.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-ci il aprelin 7-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

HƏQİQƏT



Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020