12px13px15px17px
Tarix:01/04/13

“Facebook”da nazirin adına yaradılan profil saxtadır

"Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun adına daha bir profil açılıb".

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

DİN-dən bildirilib ki, həmin profil saxtadır və onun nazirə heç bir aidiyyəti yoxdur. Mətbuat xidmətindən xatırladılıb ki, bir müddət əvvəl də nazir R.Usubovun adından "Facebook" sosial şəbəkəsində iki saxta profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülüb:

"Qeyd etməyi vacib bilirik ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyəti yoxdur. Nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin Daxili İşlər Nazirliyinin internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırırıq".

SEYMUR



Baxış sayı: 449

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020