12px13px15px17px
Tarix:01/04/13

Bu gündən ölkə ərazisində yeni telefon yığım qaydalarının tətbiqinə başlanılır

Bu gündən Azərbaycan ərazisində köhnə yığım qaydası dəyişəcək və yeni zona kodları tam tətbiq ediləcək.

Qeyd edək ki, Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb. Bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.

Yeni sistemə keçidlə əlaqədar olaraq artıq bu gündən köhnə yığım qaydası tam dayandırılıb və yalnız yeni format tətbiq edilir. Şəhərlərarası telefon kodları ilə burdan tanış ola bilərsiniz.

RƏVAN



Baxış sayı: 2437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2022

15 08 2022