12px13px15px17px
Tarix:01/04/13

“Android” platforması ilə işləyən bahalı smartfonlar istehsal edilib

Saat və smartfonları ilə məşhurlaşmış İsveçrənin "Tag Heuer" şirkəti qiymətli metal və yüksəktexnologiyalı materiallardan hazırlanmış bahalı və zərif yeni mobil telefon xəttini istehsal edib.

"ICTnews.az" elektron xəbər xidməti "rabc.ru" saytına istinadən bildirir ki, "Android" platforması ilə işləyən "Tag Heuer Racer" smartfonlarının üç modeli təqdim edilib. "Tag Heuer Gold And Carbon" ən bahalı modeldir. Adından məlum olduğu kimi, bahalı smartfon çəhrayı qızıldan və karbon lifindən hazırlanıb.

Qiyməti 8400 dollar təşkil edir. Digər "Tag Heuer Sun Nano" smartfon modeli paslanmayan poladdan hazırlanıb. Qiyməti 6335 dollardan başlayır.

Smartfonun təchiz edildiyi texnologiya onun içliyini sudan qoruyur. Aparat 500 nüsxədə istehsal edilib. Üçüncü model – "Tag Heuer Racing Carbon Orange" karbon lifindən və "PWD" materialından hazırlanıb. Qara rəngli korpusu nazik narıncı xətlər bəzəyir. Onu 5820 dollara satın almaq olar.

Emil Hüseynov



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024