12px13px15px17px
Tarix:01/04/13

“Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri”na dair jurnalist müsabiqəsi başlayır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Mobitel" (Nokia Mobile şirkətinin Azərbaycanda rəsmi distribüteri), "Caspian Telecom" (HTC, Sony и Blackberry-nin Azərbaycanda distribüteri), "İnteqral" (Samsung Mobile şirkətinin Azərbaycanda rəsmi distribüteri), "Sun Mobile" (Fly və Birds-in rəsmi distribüteri) Azərbaycanda "Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri" mövzusunda kütləvi informasiya vasitələri arasında 1-30 aprel tarixlərində müsabiqə elan edir.

Müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaqdır.

Müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilir. Müsabiqədə iştirak üçün məqalələri 30 aprel tarixinədək təqdim etmək üçün "info@infomerkez.az" elektron poçtuna və ya (012) 408 73 70 müraciət edə bilərsiniz.

Müsabiqə çərçivəsində hazırlanan məqalələr aşağıdakı mövzuları əhatə edə bilər:

- "IMEI" kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri; - "IMEI" kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar;

- Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir;

- Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları.


Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcəkdir.

Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı 3 (üç) müəllif üçün Türkiyəyə səfər təşkil olunacaqdır. Səfər zamanı jurnalistlər bu ölkənin mobil cihazların qeydiyyat sisteminin tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər.

Müsabiqədə fərqlənən digər jurnalistlər də qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

HƏQİQƏT



Baxış sayı: 1097

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024