12px13px15px17px
Tarix:01/04/13

Səudiyyə Ərəbistanı “Skype”, “Viber” və “WhatsApp” xidmətlərini hədələyib

Səudiyyə Ərəbistanının telekommunikasiya və informasiya texnologiyaları üzrə komissiyası krallığın "qanunvericilik şərtlərini yerinə yetirmədikləri" halda “Skype”, “Viber” və “WhatsApp” xidmətlərini bağlayacağını bildirib. Tənzimləyici orqanın bəyanatına əsasən, bu tətbiqlər barəsində müvafiq ölçü götürüləcək.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, bəyanatda onlayn əlaqə yaratmaq üçün nəzərdə tutulmuş dünyanın aparıcı xidmətlərinin məhz hansı şərtləri pozduğu göstərilməyib, lakin qeyd edilib ki, ölkənin internet provayderləri normativ tələblərin təmin olunması üçün bu tətbiqlərin tərtibatçıları ilə tez bir zamanda əlaqə yaratmalıdırlar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında internet ciddi yoxlamadan keçir. Provayderlər qanuna görə pornoqrafiya və digər arzuedilməz məzmunun yerləşdirildiyi saytları bloklayırlar. Bununla belə, ölkə ərazisində mikrobloq və digər sosial media çox populyardır, orada ən kəskin siyasi və dini mövzular müzakirə edilir.

Emil Hüseynov



Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020