12px13px15px17px
Tarix:01/04/13

“Windows 8” əməliyyat sisteminin bazar payı artıb

2013-cü ilin birinci rübündə “Windows 8” əməliyyat sisteminin (ƏS) bazar payı artıb. “Net Applications” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin martında “Windows 8” ƏS-nin bazar payı 0,52 faiz artaraq 3,31% olub. “Windows 7” ƏS-nin bazar payı 0.18% artaraq 44,73% olub.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Windows Vista” ƏS-nin bazar payı azalmağa davam edir. Cari ilin martında onun populyarlığı 0.18% azalaraq 4,99% olub. Köhnəlmiş “Windows XP” ƏS-nin bazar payı isə 1.26% azalaraq 37,73% olub.

“Windows” ƏS-nin daha köhnə versiyalarının ümumi bazar payı 1,13% təşkil edib. Beləliklə, 2013-cü ilin martında “Windows” ƏS-i qrupunun bazar payı 91,89% olub ki, bu da ötən ayın göstəricisini 0,27 faiz üstələyir.

Emil Hüseynov



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024