12px13px15px17px
Tarix:02/04/13

Tim Kuk üzr istədi

"Apple" şirkətinin icraçı direktoru Tim Kuk, şirkətinin Çində apardığı zəmanət siyasətinə görə ölkədə yaranmış "narahatçılığa və anlaşılmazlığa" görə üzr istəyib.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, o qeyd edib ki, "Apple" şirkətinin müştərilərlə əlaqəsinin məhdud olması nəticəsində onlarda belə fikir yaranıb ki, "Apple" təkəbbürlüdür və müştərilərlə qarşılıqlı əlaqəyə əhəmiyyət vermir.

Kuk bildirib ki, son iki həftə ərzində istehsalçı istifadəçilərin Çində zəmanət siyasəti ilə bağlı iradlarını alıb və onları təhlil edərək xidmətlərlə bağlı menecment standartlarına yenidən baxıb.

Qeyd edək ki, martın 15-də Çinin Mərkəzi Televiziya proqramında (CCTV) Ümumdünya istehlakçı hüquqlarının qorunması münasibəti ilə hazırlanmış verilişdə, dünyanın ən məşhur smartfon istehsalçısı olan "Apple" şirkətinin Çində zəmanət xidmətləri sahəsində ikili standartlar həyata keçirdiyi, bunun əsasən təmir və məhsulun dəyişdirilməsi zamanı özünü göstərdiyi vurğulanıb.

Aynur Vəliyeva



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024