12px13px15px17px
Tarix:02/04/13

“Şagird-Məzun” sisteminin formalaşdırılması işi yekunlaşır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012-2013-cü tədris ili üçün “Şagird-Məzun” sistemi məlumatlar bazasının formalaşdırılması işi yekunlaşmaq üzrədir. “ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə komissiyanın yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, hazırda IX siniflər üzrə 120597 şagird, XI siniflər üzrə 93542 şagird (cəmi 214139 şagird) sistemə daxil edilib ki, bu da daxil edilməli olan məlumatların 98 faizini təşkil edir. Ölkənin ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərdən xahiş olunur ki, “Şagird-Məzun“ sisteminə daxil olaraq, şəxsi məlumatlarını və keçənilki qiymətlərini yoxlasınlar.

Xatırladaq ki, şagirdlər sistemə iş nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi və ya TİMS kodundan istifadə etməklə daxil ola bilərlər. Məlumatlarında uyğunsuzluq aşkar edən şagird tədris müəssisənin rəhbərinə bu barədə məlumat verməlidir.

CAHANGİR



Baxış sayı: 2100

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024