12px13px15px17px
Tarix:03/04/13

Elektron imza saytına yeni funksional bölmələr əlavə edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən yaradılan elektron imza saytı (www.e-imza.az) yeni tərtibatda fəaliyyətə başlayıb. Strukturu daha da təkmilləşdirilən sayta yeni funksional bölmələr əlavə edilməklə, ən son internet texnologiyaları əsasında mükəmməl dizayn hazırlanıb.

Azərbaycan, rus və ingilis dili versiyalarında işləyən sayt alt kateqoriyalı 6 əsas ("Xidmət haqqında", "Texniki dəstək", "E-imzadan istifadə", "Tariflər", "Onlayn müraciət", "Mərkəzlər") menyuya bölünüb.

Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) xidmətlərinə elektron imza yaratma məlumatlarının gizli saxlanılması zəmanəti ilə elektron imza yaratma və yoxlama məlumatlarının yaradılması; elektron imza sertifikatının kağız daşıyıcıda, həmçinin elektron sənəd formasında hazırlanması; elektron imza yaratma və yoxlama məlumatlarının dəstəklənən açar daşıyıcısında yazılması; elektron imza sertifikatı sahiblərinin işlərinin formalaşdırılması və reyestrinin aparılması; elektron imza sertifikatının texniki dəstəklənməsinin həyata keçirilməsi; mərkəzin bazasında elektron imza sahibləri və elektron imza sertifikatının statusu haqqında informasiyanın mövcudluğunun və aktuallığının dəstəklənməsi; elektron imza sahiblərinin sorğuları əsasında elektron imza sertifikatının qüvvəsinin dayandırılması və bərpası daxildir.

Mərkəzin elektron imza sertifikatları reyestrindəki qüvvəsi dayandırılmış və ya ləğv edilmiş elektron imza sertifikatları haqqında informasiyaya (göstərilən bu informasiyanın Mərkəzin saytında yerləşdirilməsi yolu ilə) giriş imkanının təmin edilməsi; müvafiq elektron imza sertifikatına malik olan sifarişçinin, səlahiyyətli şəxsin elektron imza sertifikatının gələcək istifadə imkanlarına təsir edə biləcək (və hansı ki, Mərkəzə məlum olmuşdur) faktlar haqqında telefon, faks və ya elektron poçt vasitəsilə xəbərdar edilməsi; elektron imza sertifikatı üçün obyekt identifikatorları reyestrinin formalaşdırılması və aparılması, o cümlədən korporativ informasiya sistemləri üçün yeni identifikatorların qeydiyyatı; mərkəz tərəfindən təqdim edilən texniki, proqram vasitələri və xidmətlər, həmçinin elektron imzanın və sertifikatın istifadəsi, elektron sənəddə imzanın həqiqiliyinin təsdiqlənməsi, elektron imza yaratma və yoxlama məlumatları vasitələrinin sazlanması, testdən keçirilməsi və istismarı ilə bağlı məsələlərdə elektron imza sertifikatı sahiblərinə məsləhətlərin verilməsi və s. kimi funksiyalar da MSXM-nin xidmətləri sırasındadır.

HƏQİQƏT



Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024