12px13px15px17px
Tarix:03/04/13

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi elektron xidmətlər göstərməyə başlayıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qərarı ilə Komitə tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq olunub və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Beləliklə, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası məqsədilə Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda Komitəyə aid edilmiş 13 adda elektron xidmətin göstərilməsinə başlanılıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə komitənin Mətbuat Xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, komitənin elektron xidmətlərinin 3-ü akkreditasiya, 6-sı patent, 2-si standartlaşdırma, 1-i metrologiya sahələrinə, 1-i isə cərimələrin onlayn ödənişinə aiddir.

Belə ki, artıq sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər laboratoriyaların və sertifikatlaşdırma orqanlarının akkreditasiyası, həmçinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı işləri, ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatların alınması və s. ilə bağlı müraciət və sənədləri elektron formada - Komitənin elektron xidmətlər sisteminə ( www.e-xidmet.azstand.gov.az) daxil olmaqla göndərə, həmçinin dövlət rüsumlarını real vaxt rejimində onlayn ödəyə bilərlər.

HƏQİQƏT



Baxış sayı: 1399

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024