12px13px15px17px
Tarix:03/04/13

“Windows Phone” platforması smartfon bazarında mövqeyini möhkəmləndirir

"Kantar Worldpanel" şirkəti cari ilin birinci rübü üzrə Amerika bazarında müxtəlif mobil əməliyyat sistemlərinin bazar payını qiymətləndirib.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, Amerikanın smartfon bazarında 51.2% paya sahib "Android" platforması liderdir. "iPhone"-nun mövqeyi bir qədər zəifləyib. Analitiklər "Windows Phone" platforması ilə işləyən smartfonların populyarlaşdıqlarını qeyd ediblər.

Sözügedən əməliyyat sisteminin bazar payı 4.1% olub. 2012-ci ildə bu göstərici 2.7% idi. "BlackBerry" aparatlarının bazar payı 3,6-dan 0,7%-dək azalıb.

Lakin vəziyyət yaxın vaxtlarda dəyişə bilər: yanvarın sonunda "BlackBerry 10" əməliyyat sistemi ilə işləyən yeni nəsil smartfonlar təqdim edilib. 2012-ci ildə dünyada 545,2 milyon smartfon satılıb ki, bu da 2011-ci illə müqayisədə 10,1% çoxdur. 2013-cü ildə tədarüklərin həcmi 918,6 milyon ola bilər.

Emil Hüseynov



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024