12px13px15px17px
Tarix:03/04/13

Milli internet mükafatına start verildi

“NETTY-2013” - Azərbaycanın 9-cu Milli internet mükafatına start verilib. Müsabiqənin rəsmi startı 3 apreldə baş verdi. Mükafatın namizədlərinə iştirak üçün “www.netty.az” saytında qeydiyyatdan keçmək mütləqdir.

“NETTY-2013”-ün keçirilmə şərtlərinə müvafiq olaraq saytların, layihələrin - müsabiqə iştirakçılarının qeydiyyatına ərizələrin qəbulu 2013-cü ilin 3 apreldən cari ilin 31 mayına qədər davam edir. 1 iyundan 11 iyunadək “NETTY-2013” nominantlarının müəyyən edilməsi üçün Ekspert şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilir.

12 iyunda Ekspert şurasının və Virtual münsiflər heyətinin (şura hər nominasiyada üç nominant seçir, münsiflər heyəti isə hər nominasiyada bir nominant) nominantların yekunlaşdırılmış seçiminə əsaslanaraq, “NETTY” Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın tək qalibini müəyyən edir.

Göstərilən dövr çərçivəsində həmçinin yarışdan kənar hörmətli və həvəsləndirici nominasiyalar üzrə Akademiyanın səsverməsi keçirilir. “NETTY-2013” nominasiyalarının finalçıları rəsmən təntənəli mərasimdə elan edilirlər və qaliblərə müsabiqənin əsas mükafatı “NETTY” heykəlciyi verilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.

Qeyd edək ki, “NETTY” çərçivəsində 2013-cü ildə yeni həvəsləndirici nominasiya “Mobil qurğular üçün ən yaxşı proqramlar” çıxdı. Nominasiya çərçivəsində “iOS”, “WindowsPhone”, “Android” mobil sistemləri əsasında Azərbaycanda yaradılmış ən məşhur və tələbatlı proqramlar müəyyən ediləcəklər.

Xatırladaq ki, müsabiqənin iştirakçısı və ya Virtual münsiflər heyətinin üzvü müsabiqənin qaydaları ilə ziddiyyətlərə və mükafatın təşkilat komitəsi tərəfindən bəyənilmiş “www.netty.az”” saytının ziyarətçisi ola biləcək. Müsabiqənin ekspert qrupu şəxsi dəvətlər əsasında müsabiqənin təşkilat komitəsi tərəfindən formalaşdırılır. Mövcud nominasiyalardan hər birində mükafatın qalibini “NETTY” mükafatı Akademiyası müəyyən edir.

Bu il də, həmçinin, Akademiya tərəfindən ənənəvi hörmətli mükafatlar "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə" və "İlin İT-Hadisələri" kateqoriyasında mükafat veriləcək.

Müsabiqə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyorları ilə birgə “MobiTel” və “Huawei” şirkətləri çıxış edirlər. Telekommunikasiya operatoru “ULTEL”, “BakuTel” sərgisi, “Nurlar” şirkəti, kabel operatoru “KTV1”, “Ali&Nino” kitab mağazaları şəbəkəsi, “JIS” studiyası, “Happyland” şirkəti müsabiqənin rəsmi partnyorudur, Kompaniya “SAZZ” mükafatın texniki partnyorudur. “GoldenPay” sistemi "Elektron ticarət" nominasiyasının partnyorudur. Hüquqi dəstək “De Jure” hüquq firması tərəfindən həyata keçirilir.

“NETTY”-nin milli internet mükafatı - bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılmış, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır.

HƏQİQƏT



Baxış sayı: 898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024