12px13px15px17px
Tarix:04/04/13

Akif Əlizadə: «Tədbirlər Planı İKT sahəsində araşdırmaların yeni elmi əsaslara və beynəlxalq standartlara uyğun aparılmasını zəruri edib»

2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında verilən sərəncam ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

"ICTnews" xəbər xidmətinin məlumata görə, iclasda sözügedən Tədbirlər Planının müvafiq bəndləri informasiya-kommunikasiya sahəsində araşdırmaların yeni elmi əsaslara və beynəlxalq standartlara müvafiq olaraq aparılması zərurətini meydana gətirdiyini söyləyən AMEA-nın prezidenti vəzifəsini icra edən Akif Əlizadə bu araşdırmalar zamanı AMEA-nın üzərinə düşən vəzifələrdən söz açıb.

Bir sıra məqamlara diqqət çəkən A.Əlizadə qeyd edib ki, İKT ili bu sahədə olan araşdırmaların daha da surətlənməsinə təkan verib.

Bundan sonra, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “İnformasiya cəmiyyətinin formalaşmasının multidisiplinar elmi-nəzəri problemləri və onların ölkəmizdə araşdırılması vəziyyəti” mövzusunda çıxış edib. İnistitutun drektoru məruzəsində ölkədə həyata keçirilmiş informasiya-kommunikasiya islahatları, həmçinin bu sahədə yeni inkişaf mərhələsi ilə əlaqəli xeyli məsələləri əhatə edib.

SEYMUR



Baxış sayı: 986

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024