12px13px15px17px
Tarix:05/04/13

“Twitter” və “Facebook” korporativ məlumat mənbəyi olacaq

“Twitter”, “Facebook” və digər sosial şəbəkələr korporativ məlumatların təqdim edilməsi üçün kanal kimi istifadə edilə bilər. “ICTnews” xəbər xidmətinin “www.bfm.ru” saytına istinadən verdiyi məlumata əsasən, ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyası (SEC) “Netflix”in auditor göstəricilərinin nəşri ilə bağlı insidentdən sonra dəqiqləşdirilmiş əsaslanma şirkətin icraçı direktoru Rid Hastinqsin “Facebook” səhifəsində yerləşdirib.

SEC cənab Hastinqsə və “Netflix”ə qarşı hər hansı sanksiya tətbiq etməyib, çünki tənzimləyici şirkətin və onun rəhbərinin işində hər hansı pozuntu aşkar edilməyib.

SEC, seçilmiş səhmdar qrupuna vacib məlumatların açıqlanmasına olan qadağa haqda normativi korporativ veb-saytlara olduğu kimi, sosial media və digər müasir kommunikasiya kanallarına tətbiq edilməsi ideyasını qəbul edib.

Məlumatın və “Regulation FD” ədalətli rejiminin pozulması o vaxt baxıla bilər ki, səhmdarlara öncədən bu məlumatların harada nəşr ediləcəyi haqda məlumat verməsin. Ekspertlər hesab edirlər ki, artıq sosial şəbəkələr investorlarla əlaqə yaratmaq üçün yararlıdır, çünki press-relizlərə daha “Yahoo finance”-dan çox “Facebook” və “Twitter” xəbər lentlərində baxılır, bu baxımdan sosial şəbəkələr bütün bazar iştirakçılarına eyni şərait yaratmaq üçün böyük potensialı var.

Lakin gələcəkdə vacib bir məlumat sosial şəbəkədə səhmdarlar məlumatlandırılmadan verilsə, artıq SEC-dən hesabat yerinə iddia gözləmək olar. SEC-in sosial şəbəkələrin istifadəsinin yoxlanılması təşəbbüsünü, cənab Hastinq öz səhifəsində “Netflix” videoservisində baxışların ümumi müddətinin ilk dəfə olaraq 1 milyard saat təşkil etdiyi haqda məlumatı öz səhifəsində yerləşdirdikdən sonra irəli sürülüb.

Bundan sonra bu xəbərlə bağlı rəsmi press-reliz dərc edilməyib və buna görə “Netflix”in məlumatının nəşr edilməsi rejimini pozmaqda ittiham olunurdu.

Aynur Vəliyeva



Baxış sayı: 989

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024