12px13px15px17px
Tarix:05/04/13

“Symantec”: “İstifadəçilər smartfonlarını kifayət qədər yaxşı qorumurlar”

"Symantec" şirkəti Avropa və Rusiya vətəndaşlarının mobil qurğu və mobil internetdən istifadəsinin xüsusiyyətlərinə həsr edilmiş hesabat dərc edib.

Hesabata əsasən, Avropada istifadəçilərin 34%-i telefon və ya planşetdən istifadə etməkdən heç vaxt imtina edə bilməz, rəyi soruşulmuşların 24%-i bildirib ki, evdə yanğın zamanı xilas edəcəkləri iki əşyadan biri mütləq mobil cihaz olardı. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bəzi istifadəçilər öz qurğularını və onların daxilində yerləşən informasiyanı qoruyurlar.

Eyni zamanda avropalıların 69%-u etiraf edib ki, onlar öz fərdi informasiyalarına smartfonları vasitəsilə giriş əldə edirlər. 35%-i isə etiraf edib ki, cihazlarına şifrə təyin etmirlər.

Qurğunun oğurlanması və itirilməsi hallarında, demək olar ki, aparatın sahibi haqda fərdi informasiya (elektron poçt, işgüzar məktub və sənədlər, digər hesablar üçün şifrələr) asanlıqla ələ keçirilir.

Araşdırmaya əsasən, on avropalıdan üçü ən azı bir dəfə mobil qurğularının itirilməsi və oğurlanması ilə üzləşib. Əksər hallarda avropalılar öz mobil qurğularının müdafiəsi məsələlərinə az diqqət ayırırlar. İstifadəçilərin 40%-i etiraf edir ki, tətbiqləri etibarsız mənbədən yükləyirlər, 35%-i bildirib ki, onlayn şopinq zamanı heç də həmişə təhlükəsiz ödəniş üsulundan istifadə etmirlər.

Hesabata əsasən, Avropada hər on mobil qurğu istifadəçisindən biri mobil texnologiyalardan istifadə edilən kibercinayətkarlığın "qurban"ı olub.

Emil Hüseynov



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024