12px13px15px17px
Tarix:05/04/13

“Jelly Bean” platforması “Android” qurğular bazarının 25%-nə nəzarət edir

2013-cü ilin aprel ayı üzrə "Android" mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlıq dərəcəsinə dair statistika açıqlanıb.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "Google" şirkəti hesablama üsulunu dəyişdirib. Əgər əvvəllər korporasiyanın serverlərində qeydə alınmış qurğular hesaba alınırdısa, hazırda bu statistika "Google Play" xidmətinin saytına girən istifadəçilər üzrə hesablanır.

"Android" mobil əməliyyat sisteminin "2.3 Gingerbread" versiyası daha populyardır : o, "quqlfon" və "quqlplanşet"lərin 39,8%-də quraşdırılıb.

Müqayisə üçün qeyd edək ki, fevralın əvvəlində bu göstərici 45,6% olub. 29.3% göstəriciyə malik "Ice Cream Sandwich" populyarlıq səviyyəsinə görə ikinci yerdə qərarlaşıb. "Jelly Bean 4.1/4.2" əməliyyat sistemi hazırda "Android" qurğular bazarının 25%-ni tutur. Fevralda bu göstərici 13,6% təşkil edib.

Emil Hüseynov



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024