12px13px15px17px
Tarix:05/04/13

Şirzad Abdullayev: «Regionlarda müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabətqabiliyyətli və ixracyönümlü layihələr maliyyələşdiriləcək»

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Mingəçevir şəhərində keçirib.

«ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdən əvvəl Mingəçevirdə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilən "Mingəçevir İzolit" ASC-nin polietilen boru istehsalı müəssisəsinin fəaliyyətinə və müasir çörək zavodunun tikinti işlərinə baxış keçirilib.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Mingəçevir şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən prioritet hesab olunan müasir iplik və parça istehsalı fabrikinin, kiçik həcmli tikinti materialları istehsalı sahəsinin yaradılması üzrə hazırlanan nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, regionlarda aqrar sahə ilə yanaşı, sənayenin inkişafı, bu sahədə müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabətqabiliyyətli və ixracyönümlü layihələrin maliyyələşdirilməsi Fondun fəaliyyətinin əsas istiqamətlərindəndir.

Qeyd edilib ki, 2013-cü ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 669 investisiya layihəsinin maliyyələşdirilməsinə 83 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Sonra Mingəçevir şəhərinin sənaye potensialının reallaşdırılması ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

SEYMUR



Baxış sayı: 1016

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024