12px13px15px17px
Tarix:06/04/13

170 mindən çox “Skype” istifadəçisi yeni virusun “qurban”ı olub

"Kasperski Laboratoriyası"nda işləyən mütəxəssislərin iddiasına əsasən, 170 mindən çox "Skype" istifadəçisi bu yaxınlarda meydana çıxmış virusun "qurban"ı olub və onların sayı durmadan artır.

Adıçəkilən antivirus şirkətinin mütəxəssisi Dmitri Bestujev aydınlıq gətirib ki, zərərli proqram təminatı "Mən bu fotoları gördükdən sonra yata bilmərəm", "Redaktə etdiyim fotolar barəsində sən nə düşünürsən?" kimi cümlələrdən ibarət spam mesajları vasitəsilə yayılır.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mesajdakı istinad üzrə keçid edən istifadəçi öz fərdi kompüterini virusa yoluxdurur.

Mütəxəssislər xəbərdarlıq edir ki, yoluxmuş kompüter kriminal qruplaşmalar tərəfindən istifadə edilən bot şəbəkənin iştirakçısına çevrilir. Ekspertlərin məlumatına görə, hazırda bu istinadlar üzrə 170 min keçid qeydə alınıb və hər saat onların sayı təxminən 10 min artır.

Emil Hüseynov



Baxış sayı: 1038

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024