12px13px15px17px
Tarix:06/04/13

Litva və Azərbaycanın İKT sahəsi üzrə iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək

Aprelin 9-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu keçiriləcək.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, tikinti, maliyyə, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, avtomobil hissələrinin satışı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.

"ICTnews" elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, Azərbaycan və Litva arasındakı mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunacağı biznes forumda hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

HƏQİQƏT



Baxış sayı: 821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024