12px13px15px17px
Tarix:08/04/13

Klaus Şvab: «Azərbaycan informasiya texnologiyaları sahəsində liderlik edir»

«Azərbaycan maliyyə və informasiya texnologiyaları sahəsində liderlik edir». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Dünya İqtisadi Forumunun (DİF) təsisçisi və icraçı sədri Klaus Şvab söyləyib.

O qeyd edib ki, Azərbaycanda uzunmüddətli iqtisadi müvəffəqiyyət üçün böyük potensialın təməli qoyulub. Şvabın sözlərinə görə, bunu regionun bütün ölkələri anlayır. DİF-in icraçı direktoru əlavə edib ki, regionun geostrateji vəziyyəti, həmçinin onun müvəffəqiyyətli inkişafı şərtidir.

Bakıda düzənlənən "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" tədbirinin əsas məqsədinin Cənubi Qafqaz və Mərkəzi Asiyanın inkişafının əsasını qoymaq olduğunu söyləyən Şvab deyib ki, regionun inkişafı və onun potensiallarından istifadə üçün şərait yaradılıb.

SEYMUR



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024