12px13px15px17px
Tarix:08/04/13

“Nar Mobile”-ın dəstəyi ilə gənclər üçün tədbir keçirilib

Aprel ayının 6-da “Kempinski Badamdar” otelində “İB Club”un təşkilatçılığı və “Nar Mobile”-ın baş sponsorluğu ilə “İB Gənclər Məclisi” – “Hisslər” tədbiri keçirilib. Тədbirin əsas məqsədi gənclərin mütəxəssislərlə görüşünü təşkil edərək, onları maraqlandıran aktual mövzularda müzakirələrə şərait yaratmaq və gənclərə həyatda uğur qazanmağa yardım etməkdir.

Tədbirdə iştirak edən natiqlər gəncləri motivasiya etmək məqsədi ilə onlara işgüzar həyatlarında uğur qazanmağın yolları haqqında danışaraq, həyat təcrübələrindən misallar gətiriblər. Məclisdə natiqlər arasında muğam ustadımız, Xalq artisti Alim Qasımov, Şoumen Murad Dadaşov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı və digərləri iştirak edib.

“Nar Mobile” hər zaman gənclərin təşəbbüslərini dəstəkləyərək, gənclər üçün karyera imkanlarının yaradılması məsələsinə xüsusi diqqət yetirir.

Belə ki, mütəmadi olaraq təhsil və gənclər sahəsinin inkişafına yönələn layihələr, bu tipli tədbirlər gənclərin şəxsi inkişafına yardım edir, gələcək karyeraları üçün stimul və motivasiya rolu oynayır.

Həyata keçirilən tədbirlər “Nar Mobile” mobil operatorunun Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində hər il mütəmadi olaraq həyata keçirilir.

Qeyd edək ki, tədbirdə ümumilikdə 500-dən çox müxtəlif ixtisas sahələrində təhsil alan tələbələr iştirak edib.



Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024