12px13px15px17px
Tarix:08/04/13

“WhatsApp”da dəyişiklik olacaq

“Google” şirkəti populyar “WhatsApp” mobil messencerini satın almaq istəyir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “DigitalTrends” internet nəşrinin məlumatına əsasən, “Google” və “WhatsApp” arasında danışıqlar təxminən 1 ay əvvəl başlanıb, lakin “WhatsApp” yaradıcıları 1 milyard dollara yaxın məbləğ tələb edərək sərt mövqe tutublar.

İnternet nəhəngi “WhatsApp” messencerini satın almaqla internet üzərindən yazışma həyata keçirmək üçün tətbiqlər sahəsində rəqiblərinə layiqli cavab vermiş olar.

“Android” platforması ilə işləyən qurğularda susma halı kimi “Google Talk” messencerindən istifadə olunur. Lakin adıçəkilən messencer digər platformalarda elə də populyar deyil.



Baxış sayı: 1091

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024