12px13px15px17px
Tarix:08/04/13

“Huawei”-nin arzuları böyükdür, amma...

Çin telekommunikasiya avadanlığı istehsalçısı "Huawei Technologies" şirkəti bu il şirkətin hasilatını, smartfonlara və "bulud" hesablama həllərinə artan tələbat hesabına, 10% artırmaq niyyətindədir.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, analitiklər şirkətin daha da böyük göstəricilərə nail ola biləcəyini ehtimal edirlər, lakin buna Çinin, beynəlxalq meydanda böyük kibercasus imici maneə törədir. "Huawei Technologies" dəfələrlə Çinin hərbi kəşfiyyatı ilə əməkdaşlıq etmədiyini bəyan edib.

"Huawei" şirkətinin hesabatında bildirilir ki, şirkət bu il ən iri smartfon istehsalçıları üçlüyünə daxil olmaq niyyətindədir. Görünür ki, şirkət fəaliyyətinin əsas istiqamətini smartfonlara ona görə yönəldib ki, digər istiqamətlərdə telekommunikasiya avadanlıqlarının satışını istədiyi həcmdə artıra bilmir.

Hazırda ABŞ, Kanada, Avstraliya və bir sıra Avropa ölkələri "Huawei"-dən Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhələnirlər və onun istehsal etdiyi avadanlıqdan hökumət və iri korporativ şəbəkələrdə istifadə etməyi tövsiyə etmirlər, çünki onun tərkibində sənədləşdirilməmiş funksiyaların olmasından şübhələnirlər. "Huawei" isə bu ittihamları əsassız və siyasi əsaslandırılmamış hesab edir.

Ötən il "Huawei" şirkətinin satışları 8% artaraq 220 milyard yuan və ya 35 milyard dollar, gəliri isə 32% artaraq 15,4 milyard yuan təşkil edib. Bu ilin yanvar ayında "Huawei", 2013-cü ilin sonunda 12% gəlir artımı proqnozlaşdırıb. Bu gün "Huawei"-nin hissələri şirkətin menecerlərinə və işçilərinə məxsusdur. Şirkətdə 155 min nəfər işləyir, onların yarısı şirkətin səhmlərinin bir hissəsini əlində saxlayır.

Aynur Vəliyeva



Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024