12px13px15px17px
Tarix:09/04/13

Məcburi köçkünlər yemək xərcləri və kommunal xidmətlər barədə məlumatları elektron qaydada necə ala bilər?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi köçkünlər üzrə yemək xərcləri və kommunal xidmətlər barədə məlumat verilməsi elektron xidmətini təqdim edir.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, məcburi köçkünlərin xüsusi fərdi parol vasitəsilə komitənin yaratdığı informasiya ehtiyatından faydalanaraq kommunal xidmətlər və dövlət büdcəsindən aylıq yemək xərci müavinətini alan siyahılarında məcburi köçkünlərin özləri barədə məlumatları əldə edə bilərlər. Bu e-xidmətin icra müddəti mütəmadidir və informativdir. Ondan istifadə ödənişsizdir və yalnız məcburi köçkünlər yararlana bilər.

Bu xitdmətdən « www.refugees-idps-committee.gov.az » linkinə daxil olmaqla istifadə etmək mümkündür. Məcburi köçkünlər bu xidmətdən yararlanmaq üçün onlardan heç bir sənəd tələb olunmur. Sadəcə olaraq komitənin saytında elektron xidmətlər bölməsində müvafiq qaydada qeydiyyatdan keçərək kommunal xidmətlər və dövlət büdcəsindən aylıq yemək xərci müavinətini alan məcburi köçkünlərin adlı siyahılarında özləri barədə məlumatları əldə edə bilərlər.

Elektron xidmətin yerinə yetirilməsini komitənin Kompüter uçotu şöbəsi və Humanitar yardım və sosial təminat şöbəsi məşğul olur. Yaranan mübahisələr tərəflərin razılaşması yolu ilə həll olunmadığı halda qanunvericiliyə uyğun olaraq şikayət verilə bilər. Komitə qeyd edir ki, verilən şikayət tam əsaslandırılmış və konkret olmalıdır.

SEYMUR



Baxış sayı: 1509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024