12px13px15px17px
Tarix:09/04/13

“Elektron Təhsil” Respublika müsabiqəsinə start verildi

Aprelin 9-da Təhsil Nazirliyi "Elektron Təhsil" Respublika müsabiqəsinə start verib. "ICTnews" elektron xəbər xidmətinə Təhsil Nazirliyinin Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsindən bildirilib ki, Azərbaycanda ənənəvi olaraq keçirilən müsabiqə "Dr. Web", "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, "AZEDUNET", "Ultra", "Mədəd Azərbaycan" və "Nar Mobile" tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi internet səhifəsi " www.musabiqe.edu.az" saytıdır.

Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub: "Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaqlar".

Nazirlikdən qeyd edilib ki, "Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqlar. Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, müsabiqə artıq dördüncü ildir ki keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilib.

HƏQİQƏT



Baxış sayı: 1643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024