12px13px15px17px
Tarix:09/04/13

Kitabxana və muzeylərdə İKT-dən istifadənin genişləndirilməsi mövzusunda dəyirmi masa keçirilib

M.F.Axundov adına Milli Kitabxanada "Kitabxana və muzeylərdə İKT-dən istifadənin genişləndirilməsi və turizm və mədəniyyət təhsilində texnologiyaların tətbiqi" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, "Microsoft Azərbaycan" və "Ultra Computers" şirkətlərinin nümayəndələri iştirak edib. Dəyirmi masanın məqsədi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan kitabxana, muzey və təhsil müəssisələrinin müasir tələblərə cavab verməsi, iş mühitinin təkmilləşdirilmədi üçün "Microsoft" şirkətinin təkliflərini müzakirə etməkdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müəssisələrin yeni texnologiyalara uyğun fəaliyyətinin təmin edilməsi üçün bütün müəssisə rəhbərlərinin bu işdə xüsusi fəallıq göstərməli olduqlarını diqqətə çatdırıb. Nazirin sözlərinə görə, elektron hökumətin yaradılması işində fəal olmayan müəssisələrin prezidentin sərəncamına əməl etmədiyi mənasına gəlir.

Dəyirmi masada Azərbaycan kitabxanaçıları və muzey işçiləri üçün peşəkarlığın artırılması sisteminin inkişafı üçün "Microsofr İT Academy" Proqramı vasitəsilə Azərbaycan kitabxanaçıları və muzey işçiləri üçün sertifikatlaşdırılmış "Microsoft" təlim kurslarının təşkili, Azərbaycan kitabxanaları və muzeylərində informasiya texnologiyaları sahəsində təhlükəsizliyin təmin edilməsi üçün nazirliyin tabeliyində olan kitabxana və muzeylərdə istifadə olunan proqram təminatının qanuni və orijinal versiyalarının istifadəsi, eyni zamanda "Microsoft" proqram təminatında akademik endirimlər təklif və müzakirə olunub.

Bundan əlavə, Azərbaycan Turizm İnstitutu və nazirliyin tabeliyində olan peşə məktəblərində olan İT təhsilini təkmilləşdirmək üçün təhsil müəssisələrində "Microsoft İT Academy" proqramının daha əhatəli tətbiqi və təhsil müəssisələrinin sertifikatlaşdırma mərkəzi kimi fəaliyyət göstərməsi təklif olunub.



Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024