12px13px15px17px
Tarix:10/04/13

Geoloji-texnoloji modellərin yaradılması zamanı tətbiq olunan proqram təminatı hazırlanıb

"Azneft" İstehsalat Birliyinin Geoloji xidmətinin əməkdaşları və NQÇİ-lərin mütəxəssisləri ROXAR şirkəti tərəfindən "Yataqların işlənməsinin monitorinqi texnologiyaları" mövzusunda təşkil edilən seminarda iştirak ediblər.

"ICTnews" elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə, seminarda intellektual yatağın tərkib hissəsi olan geoloji-texnoloji modellərin yaradılma texnologiyası, geoloji-hidrodinamiki modelləşdirmə kompleksi, qazımada quyudaxili monitorinq və nəzarət sistemlərinin həyata keçirilməsi zamanı tətbiq olunan proqram təminatı təqdim edilib.

Eyni zamanda, İRAP, RMS, Res view II, TEMPEST 7 proqramların iş prinsipi geniş açıqlanaraq, 2D və 3D pəncərələrində modellərin yaradılması, RMS proqramında ilkin məlumatların təhlili, korelyasiyaların qurulması, həm quyu, həm də seysmik məlumatların vizuallaşdırılması, fasiyaların və ilkin sulaşmanın mühitdə paylanmasının üçölçülü modeli, struktur modellərin qurulması haqqında geniş məlumat verilib.

Həmçinin, TEMPEST 7.0 proqram kompleksinin funksionallığı, Res veiw II proqramında ilkin baza məlumatlarının yığılması və istifadə qaydaları əyani olaraq göstərilib.

Mütəxəssislərin nəzərinə çatdırılıb ki, işlənmədə geoloji-hidrodinamik modellərin avtomatlaşdırılmış uyğunlaşması və qeyri-müəyyənliklərin analiz nəticələrinin etibarlılığının və səhihliyinin daim yüksəldilməsi, istehsalatın ən aktual məsələlərindən biridir.

CAHANGİR



Baxış sayı: 1048

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024