12px13px15px17px
Tarix:11/04/13

Azərbaycanda “StartUp” layihələrinin müəllif hüquqlarının qorunması təklif edilib

Azərbaycanda yaradılan yeni "StartUp" layihələrinin müəllif hüquqlarının qorunmasının dövlət səviyyəsində təmin edilməsi təklif edilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" mövzusunda konfrans çərçivəsində çıxış edərək "Microsoft" şirkətinin təhsil layihələri üzrə meneceri Emin Axundov bildirib ki, layihələrin məhz yerli kontent provayderlər tərəfindən yaradılması ilə bağlı gələcəkdə problemlər yaşanmasın deyə, müəllif hüquqlarının qorunması məsələsinə diqqət yetirilməlidir.

"Məncə, bu sahədə dövlət səviyyəsində müəllif hüquqlarının qorunması təmin edilməli və bu hüquqları pozanlara qarşı sərt tədbirlərin görülməsi nəzərdə tutulmalıdır. Bununla yanaşı, bu cür konfranslarda və layihələrdə müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar iştirak etməlidirlər, çünki dünya təcrübəsi göstərir ki, ən uğurlu "StartUp" layihələrinin ideyaları 90% İT sahəsində işləməyən insanlar tərəfindən təqdim edilir. Bu, tibb, təhsil, ticarət sahələri və s. ola bilər",- deyə o bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024