



Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

DİF ekspertləri qeyd edilər ki, reytinqdə mövqeyi ildən-ilə yaxşılaşan Azərbaycan, bir sıra ölkələr kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT) potensialını anlayıb və iqtisadiyyatın şaxələndirilməsi üzərində çalışır. Respublikanın cəlbedici cəhətləri arasında İKT-infrastrukturun ildən-ilə yaxşılaşdırılması, o cümlədən internetin buraxılış qabiliyyəti və internet xidmətlərinə əlverişli çıxışın (İKT xidmətlərindən istifadə qiymətlərinə görə ölkə 20-ci yeri tutub) olması göstərilir.
Həmçinin analitiklər genişzolaqlı rabitə (53-cü yer) və genişzolaqlı mobil rabitə (50-ci yer) abunəçilərinin sayının artmasını vurğulayırlar. Dövlət dəstəyi və İKT-nin hökumət üçün əhəmiyyət kəsb etməsi də ölkənin üstün tərəfləri kimi qeyd edilib.
Bundan başqa, Azərbaycan internet istifadəçilərinin (ümumi reytinqdə 56-cı yer) sayına görə MDB və region ölkələri arasında liderlik mövqeyini də qoruyub, habelə 23 dünya ölkəsi ilə birlikdə əhalisini 100 faizlik mobil siqnalla əhatə edən ölkələrdən biri olub.
Hesabat tərtibçiləri innovasiya və sahibkarlığın stimullaşdırılmasının ölkədə iqtisadi və sosial proseslərə əlavə impuls verəcəyinə xüsusi diqqət yetirilər.
Ötən il olduğu kimi, Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkələr hesab ediliblər.
2002-ci ildən tərtib edilən reytinqdə bu il birinci yeri əvvəllər 3 il ardıcıl olaraq liderlik edən İsveçi (3-cü yer) qabaqlayan Finlandiya tutub. İkinci yerdə bir il əvvəl olduğu kimi Sinqapur qərarlaşıb. İlk onluqda Niderland, Norveç, İsveçrə, Böyük Britaniya, Danimarka, ABŞ və Tayvan kimi ölkələr də yer alıb.
Baxış sayı: 1096
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır