12px13px15px17px
Tarix:11/04/13

“GoldenPay” yaxın zamanda “Azərsu”nun smart-kartları üzrə ödənişlərin qəbuluna başlayacaq

"GoldenPay" şirkəti "www.hesab.az" portalında qəbul edilən onlayn ödənişlər çeşidini genişləndirmək niyyətindədir. "GoldenPay"ın baş direktoru Fərid İsmayılzadənin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın zamanda şirkət sığorta xidmətlərinin və "Azərsu"nun xidmətlərinin ödənişinin qəbuluna başlayacaq.

«Texniki olaraq biz bu xidmətlərin göstərilməsinə hazırıq, əsas məsələ "Azərsu"nun texniki nöqteyi-nəzərdən xidmətlərin göstərilməsinə hazır olmasıdır. Hazırda "Azərsu"nun göstərdiyi xidmətlərin ödənişini biz qəbul edirik, növbəti mərhələdə smart-kartla işləyən qurğularla təchiz edilən istifadəçilərin ödənişlərinin qəbulu və smart-kartların balansının doldurulması nəzərdə tutulur», – deyə o bildirib.

Qeyd edək ki, hazırda "www.hesab.az" portalının istifadəçilərinin sayı 51 min 022 nəfər təşkil edir.

Aynur Vəliyeva



Baxış sayı: 1232

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024