12px13px15px17px
Tarix:11/04/13

ABŞ kibertəhlükəsizlik sahəsinə 4,7 milyard dollar xərcləməyi planlaşdırır

ABŞ gələn il kibertəhlükəsizlik sahəsinə 4,7 milyard dollar xərcləməyi planlaşdırır. ABŞ Konqresinin müzakirəsinə göndərilmiş federal büdcə layihəsində bu barədə qeyd olunub. İnternet məkandan qaynaqlanan təhdidlərə qarşı xərclərin həcmini cari səviyyə ilə müqayisədə 800 milyon artırmaq təklif edilir.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, kəşfiyyat rəsmilərinin sözlərinə görə, xərclərin artırılması tamamilə başadüşüləndir, çünki kibercasusluq və hakerlərin hücumu hazırda ABŞ-ın milli təhlükəsizliyinə terrorizmlə müqayisədə böyük təhlükə doğurur.

Bu yaxınlarda dövlət qurumlarının və Amerikanın böyük şirkətlərinin serverlərinə qarşı həyata keçirilmiş hücumlar Vaşinqtonu ciddi narahat edib.

Emil Hüseynov



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024