12px13px15px17px
Tarix:12/04/13

Lisenziyasız oyunların 90 faizində virus var

"AVG" antivirus şirkəti, bugünkü gün ən populyar olan kompüter oyunlarını tətbiq etmək qərarına gəlib.

"ICTnews" xəbər xidməti "www.cert.gov.az" saytına istinadən bildirir ki, "AVG"-nin "Viruslab Research Group" mütəxəssisləri belə bir qənaətə gəliblər ki, demək olar, bütün lisenziyasız oyunlar və ya "sındırılmış" yenilənmələr tərkibində virus daşıyır.

Mütəxəssislərin sözlərinə görə, bugünkü gün çox istifadə olunan oyunların beşlikləri arasında əsas olaraq "World of Warcraft", "League of Legends", "Runescape", "World of Tanks" və "Minecraft" yer tuturlar. Bu oyunların istifadəçi sayı 330 milyon nəfərdən çoxdur.

Bəzi oyunçular hətta öz mövqelərini yüksəltmək üçün yeni artefaktlar alır və ya növbəti mərhələyə keçmək üçün müxtəlif üsullarla ödənişlər edirlər.

Məlumat üçün bildiririk ki, bu oyunlar vasitəsilə kompüterinizə əhəmiyyətli dərəcədə ziyan vurula bilər.



Baxış sayı: 1382

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024