12px13px15px17px
Tarix:12/04/13

Dövlət qulluqçuları ilə bağlı xidmət “Elektron hökumət” portalına əlavə edilib

Dövlət qulluqçularının Reyestrindən məlumatların verilməsi xidməti "e-Gov" Elektron Xidmətlər Portalına inteqrasiya edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmətin icrası nəticəsində dövlət qulluqçuları özləri haqqında Reyestrdə olan məlumatı, eyni zamanda dövlət orqanlarının kadr qurumları dövlət orqanlarında hazırda çalışan və ya əvvəllər işləmiş dövlət qulluqçuları haqqında fərdi məlumat və ya statistik məlumatlar əldə edə bilərlər:

"Vətəndaş (dövlət qulluqçusu) şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil etdikdən və ya elektron imza vasitəsilə daxil olduqdan sonra Reyestrdə özü haqqında olan məlumatlarla tanış olmaq imkanına sahib olur. Əgər özü ilə bağlı məlumatda hər hansı uyğunsuzluq varsa, dəyişiklik barədə müraciət edə bilər. Eləcə də dövlət orqanının kadr qurumu müvafiq identifikasiyadan keçdikdən sonra dövlət orqanlarında hazırda çalışan və ya əvvəllər işləmiş dövlət qulluqçuları haqqında fərdi məlumat və ya statistik məlumatlar əldə edir".

Əgər hər hansı bir məlumat formata uyğun deyilsə və ya qeyri-real məlumat daxil edilibsə, istifadəçiyə imtinanın səbəbi barədə məlumat verilir. Qeyd edək ki, ödənişsiz olaraq həyata keçirilən interaktiv növlü elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru həyata keçirir.

Məlumat üçün bildirək ki, sözügedən xidmət komissiyanın "Elektron hökumət" portalına inteqrasiya edilmiş sayca 3-cü elektron xidmətidir.

Bundan öncə, "Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi" və "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu" xidmətləri portala əlavə edilərək ictimaiyyətin istifadəsinə verilib.

CAHANGİR



Baxış sayı: 1179

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024