12px13px15px17px
Tarix:13/04/13

SMS-lə avtomobillər üçün ehtiyat hissələri sifariş etmək mümkündür

Azərbaycanda yeni xidmət yaradılıb. Ölkədə ilk dəfə olaraq avtomobil ehtiyat hissələrinin axtarılması, tapılması və çatdırılması ilə bağlı SMS sorğu xidməti fəaliyyətə başlayıb.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət vətəndaşlara böyük üstünlüklər verir. Belə ki, avtomobil hissələri axtaran Azərbaycan vətəndaşları bundan sonra bir-bir dükanları gəzməli olmayacaq. Bu da istifadəçilərə həm vaxtlarına qənaət etməyə, həm də əlavə xərclərdən azad olmağa imkan verir.

Qeyd edək ki, bu xidmətdən yararlanmaq üçün axtarılan avtomobil detalı haqqında ətraflı məlumat yazaraq SMS-lə 9192 nömrəsinə göndərmək lazımdır.

Axtarılan detalın adı və funksiyası elə yazılmalıdır ki, onu qəbul edərkən söhbətin hansı detaldan getdiyi bəlli olsun. SMS göndərildikdən sonra dərhal məktubun qəbul olunması ilə bağlı cavab mesajı gəlir. Bundan sonra xidmət tərəfindən ehtiyat hissənin harda olması araşdırılır və 5-10 dəqiqə ərzində istifadəçiyə detalın qiyməti, harada olması haqqında ətraflı məlumat göndərilir.

Ehtiyac olsa, xidmət tərəfindən çatdırılma da mümkündür. Xidmət axtarılan avtomobil detalını ucuz qiymətə almaq imkanı da verir. Təqdim olunan endirim koduyla az pul xərcləyərək detalı əldə etmək mümkündür.

SEYMUR



Baxış sayı: 1736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024