12px13px15px17px
Tarix:15/04/13

“Navitel” Azərbaycanın yeni elektron xəritəsini çap edəcək

"Naviqasiya texnologiyaları mərkəzi" şirkəti bəyan edib ki, "Navitel"in istifadəçilərinə Q1 2013 nəşrində Azərbaycan, Latın Amerikası və Orta Asiya xəritələri təqdim edilib.

"ICTnews" xəbər xidmətinin "www.ferra.ru" saytına istinadən verdiyi məlumata əsasən, Azərbaycanın və Tacikistanın yeni detallı xəritələri sifariş edilib. Argentinanın, Belizin, Kosta-Rikanın, Qvatemalanın, Hondurasın, Meksikanın, Nikaraquanın, Panamanın, Salvadorun, Venesuelanın, Qırğızıstanın, Özbəkistanın xəritələri yenilənib.

Bütün xəritələr "nm7" – yeni optimizə edilmiş formatda buraxılıb. Tərtibçilərin sözlərinə əsasən, xəritələr iki dəfə daha az yer tutur və iki dəfə daha tez işləyir. Xəritələrin yeni nəşri 1 562 967 km yol sütununu, 155 079 POI, 3 095 detallaşdırılmış şəhər və yaşayış məntəqəsini əhatə edir.

Azərbaycanın yeni xəritəsi — 28 934 km yol sütunu, 24 917 POI, 50 804 ünvan axtarışında unikal ünvanları əhatə edir. Xəritəyə 4 313 şəhər və yaşayış məntəqəsi, onlardan 44-ü küçə-yol şəbəkəsi və ünvan axtarışı ilədir. Bütün xəritələrdə yolların, tıxacların və marşrutların vizual təsviri yaxşılaşdırılıb. Ünvan məlumatları dəqiqləşdirilərək düzəldilib, döngə qadağalarının göstərişlərində yanlışlıqlar düzəldilib.

"Navitel Naviqator. Azərbaycan" və "Azərbaycan" naviqasiya xəritəsinin lisenziyalarının elektron versiyalarının tövsiyə edilmiş pərakəndə qiyməti müvafiq olaraq 19 manat (750 rubl) və 15,2 manat (600 rubl) təşkil edir.

Məlumatda qeyd edilib ki, Q1 2013 buraxılışının xəritələri öncəki nəşrlərin xəritələri ilə ziddiyyətlidir, onlar yalnız 7.5.0.110 versiyasından olan "Navitel Naviqator" ilə və ya istifadəçinin "www.navitel.ru" saytında yerləşdiyi şəxsi kabinetində işləyirlər.

Aynur Vəliyeva



Baxış sayı: 1395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024