12px13px15px17px
Tarix:15/04/13

“Google” və “Yahoo!” hökumətin istifadəçi məlumatlarını əldə etməsi haqqında qanun layihəsini dəstəkləyiblər

"Google", "Yahoo!", "Microsoft" və başqa şirkətlərin daxil olduğu "TechNet" ticarət assosiasiyası Amerika hakimiyyətinə istifadəçilərin məlumatlarına giriş imkanı yaradan "Cyber Intelligence Sharing and Protection Act" (CISPA) qanun layihəsini dəstəkləyib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "TechNet"in direktoru Rey Remsinin ABŞ-ın Kəşfiyyat üzrə Nümayəndələr Palatası komitəsinə göndərdiyi məktubda deyilir ki, qanun layihəsi şirkət və hökumətin kibertəhdidlər haqqında informasiya ilə operativ mübadiləsi tələblərinə cavab verir. 2013-cü ilin aprelində kəşfiyyat komitəsi "CISPA" qanun layihəsini təsdiqləyib.

Bu həftə qanun layihəsinin Nümayəndələr Palatasında səsverməyə çıxarılacağı gözlənilir.

Bundan sonra qanun layihəsini Senat və ABŞ prezidenti Barak Obama təsdiqləməlidir. "CISPA" adlanan qanun layihəsinə əsasən, Amerika şirkətləri kibertəhdidlər haqqında məlumatları hökumət agentlikləri ilə paylaşa bilərlər.

Emil Hüseynov



Baxış sayı: 1091

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024