12px13px15px17px
Tarix:16/04/13

“Google” mobil qurğu sahiblərinin real həyatda davranışını öncədən duyacaq

Davranış məlumatlarının toplanması üzrə açıq mobil texnologiyaların hazırlanması ilə məşğul olan "Behavio" StartUp şirkəti "Google" şirkəti ilə birləşib.

"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Google" şirkətinin mobil xidmətləri yaxın zamanda real həyatda istifadəçilərin hərəkətlərini izləmək imkanını əldə edə biləcəklər. "Behavio" istifadəçinin hərəkətlərini izləmək məqsədi ilə smartfonların sensorlarından müxtəlif məlumatların toplanması və emalı sahəsində ixtisaslaşır.

Bu texnologiya mobil qurğunun sahibinin real həyatda davranışını öncədən duymağa imkan verir. "Behavio" şirkəti öz texnologiyalarını, sensor qurğularda məlumatların toplanması və sonradan emalı üçün nəzərdə tutulmuş genişlənən freymvork olan, "Funf" layihəsi üzərindən inkişaf elətdirir. "Funf" əsasında istifadəçi haqda geniş çeşidli məlumatlar təqdim etmək olar, fiziki yerləşdiyi yer, hərəkət sürəti, son əlaqələri, yaxındakı qurğular və hadisələr, qurğunun səsinin səviyyəsi və istifadəçinin sosial şəbəkələrdə aktivliyi.

Texnologiya ayrıca qrup insanların və ya bütöv bir cəmiyyətin hər hansı tədbirdə aktivliyini izləyə bilər. "Android" əməliyyat sistemi üçün nəzərdə tutulmuş freymvork açıq koda malikdir. Freymvork effektiv məqsədli reklamın yaradılması üçün və "Google Now" kimi mobil tətbiqlərin yaxşılaşdırılması üçün istifadə edilə bilər. "Google" hələ ki, yeni texnologiya ilə bağlı öz planlarını şərh etmir.

Aynur Vəliyeva



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024