12px13px15px17px
Tarix:16/04/13

Ən yüksək əməkhaqqı alan rəhbərlərin adları açıqlanıb

“Standard & Poor’s 500” siyahısında “Apple” şirkətinin dörd top-meneceri eyni anda ən yüksək maaş alan rəhbər adına layiq görülüblər. Bununla belə, onların heç biri baş direktor vəzifəsində çalışmır.

Sözügedən top-menecerlər aşağıdakılardır: texnologiyalar üzrə baş vitse-prezident Bob Mensfild, baş vitse-prezident və baş hüquqşünas Bryus Syuel, əməliyyatlar üzrə baş vitse-prezident Cefri Vilyams və baş vitse-prezident və baş maliyyə direktoru Piter Oppenqeymer.

Qeyd edək ki, Amerika şirkətinin baş dizayneri Conatan Ayv adıçəkilən siyahıya düşməyib. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Bob Mensfild ötən maliyyə ilində 85.5 milyon dollar dəyərində kompensasiya alıb və “Standard & Poor’s 500”-in ən yüksək əməkhaqqı alan direktorlar reytinqində ikinci yerdə qərarlaşıb.

Bryus Syuel ötən maliyyə ilində 69, Vilyams və Oppenqeymer müvafiq olaraq 68.7 və 68.6 milyon dollar dəyərində kompensasiya alıblar. Təqdim edilmiş məlumatlara əsasən, ən yüksək əməkhaqqı alan direktor “Oracle”-ın banisi və baş direktoru Larri Ellison olub.

Ötən il onun qonorarı 96.2 milyon dollar olub. “Apple” şirkətinin baş direktoru Tim Kuka gəldikdə isə o, reytinqdə 1016-cı yerdə qərarlaşıb.

Emil Hüseynov



Baxış sayı: 784

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024