12px13px15px17px
Tarix:16/04/13

"Google” artırılmış reallıq eynəyinin xüsusiyyətləri açıqlanıb

"Google" şirkəti "Glass Explorer Edition" adlanan reallıq eynəyinin xüsusiyyətlərini dərc edib. Şirkət bildirib ki, eynəyin çərçivəsi istənilən üzə uyğun gələcək.

Eynəyin displeyinin təsvir ölçüsü 640x360 nöqtə təşkil edir. Ekran gözə çox yaxın yerləşdiyinə görə istifadəçi onu 2.4 metr məsafədə yerləşən 25 düymlü displey kimi qəbul edir.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, eynəyə 5 meqapikselli kamera quraşdırılıb: 720p təsvir ölçüsündə video çəkmək mümkündür. "Google Glass" adlanan artırılmış reallıq eynəyi 16 QB daxili yaddaşa malikdir; 12 QB istifadəçi üçün əlçatandır.

Qurğu "Wi-Fi 802.11b/g" və "Bluetooth" modullarına malikdir. "Google Glass" eynəyini kompüterə qoşmaq və ona enerji doldurmaq üçün "Micro-USB" konnektorundan istifadə olunur.

Şirkətdən verilən məlumata əsasən, batareya 1 günlük istifadəyə çatacaq, lakin xəbərdarlıq edir ki, video çatda ünsiyyət zamanı akkumulyatorun enerjisi sürətlə azala bilər. "Google Glass" "Bluetooth" moduluna malik istənilən telefonla işləyə bilir. Eynəyin kütləvi istifadəçi üçün versiyası 2013-cü ilin sonunda çıxarılmalıdır.

Emil Hüseynov



Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2020

23 09 2020

23/09/20
“Google Pixel 5” smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub

“Google”un yeni qabaqcıl smartfonu haqqında ətraflı məlumatlar onun rəsmi təqdimatından bir həftə öncə in

23/09/20
“Airbus” hidrogen sərnişin təyyarələrinin yaradılması üzrə layihə təqdim edib (VİDEO)

Avropanın “Airbus” konserni “ZEROe” layihəsi çərçivəsində sıfır tullantılı hidrogen mühərrikli sərniş

23/09/20
“Nokia” şirkəti 4 kameralı “5G” smartfonunu təqdim edib

“Nokia” şirkəti “Nokia 8.3 5G” adlı smartfonunu təqdim edib. Adından məlum olduğu kimi, qurğu beşinci nəs

23/09/20
Yeni “iPhone” smartfonlarının adı açıqlanıb

Aktual “Apple” seriyalı smartfonun əsas versiyası “iPhone 12 mini” adlanacaq. Bu barədə “MacRumors

23/09/20
“Qualcomm” şirkəti smartfonlar üçün səs azaldıcı xüsusiyyətə malik “Snapdragon 750G” çipini nümayiş etdirib

“Qualcomm” şirkəti orta qiymət diapazonuna malik smartfonlar üçün yeni çipsetini nümayiş

23/09/20
Koronavirusu insan üçün təhlükəsiz məhv edən ultrabənövşəyi lampa buraxılıb

Yaponiyanın nəhəng “Ushio Inc.” şəbəkə avadanlığı istehsalçısı koronavirusu insan sağlamlığına ziyan vurm

23/09/20
“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

Onlayn təqdimat çərçivəsində yeni “Nokia” smartfonları təqdim edilib. Böyükölçülü ekran və t

23/09/20
Kompüterləri zəiflədən “Windows” yeniləməsi ləğv olunub

“Microsoft” korporasiyası kompüterlərin zəifləməsinə səbəb olan problemli “Windows 10” əməliyyat sistemi