12px13px15px17px
Tarix:19/04/13

Qiymətli kağızların vahid məlumat bazası yaradılır

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Vahid Məlumat Bazasını yaradacaq. Hazırda onun üzərində işlər aparılır. Bu barədə jurnalistlərə açıqlama verən QKDK-nın şöbə müdiri Elnur Allahverdiyevin sözlərinə görə, yaxın zamanlarda baza tam formalaşacaq:

«Artıq istənilən şəxs məktub yazmadan, komitənin internet səhifəsindən və ya digər hansısa elektron resursa cəmiyyətin adını və buraxılışın qeydiyyat nömrəsini daxil edərək şirkət barədə məlumatı asan əldə edə biləcəkdir».

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, E.Allahverdiyev bildirib ki, hazırda emitentlər barədə reyestr məlumatları açıqdır. Hər bir qeydiyyata alınan buraxılış barədə məlumatın komitənin internet səhifəsində yerləşdirildiyini önə çəkən şöbə müdiri əlavə edib ki, istənilən şəxs - istər investor olsun, istərsə də maraqlanan şəxs, komitəyə müraciət edib hansısa səhmdar cəmiyyətin səhmlərinin mövcudluğu, nominalı barədə məlumatlar əldə edə bilər.

SEYMUR



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024