12px13px15px17px
Tarix:03/08/11

“Verizon” LTE şəbəkə dəstəkli ilk netbuk istehsal edib

“Verizon Wireless” operatoru avqust ayının 4-də LTE (Long Term Evolution) dördüncü nəsil mobil şəbəkələrində işi dəstəkləyən ilk mini-kompyuterin satışlarına başlayacaq. “Compaq Mini CQ10-688nr” netbuku ilk dəfə hələ yanvar ayında “CES 2011” sərgisində nümayiş olunub. Qurğu 1,66 QHz takt tezlikli “Atom N455” prosessoru ilə olan “İntel” platformasında hazırlanıb. Əməli yaddaş tutumu 1 QB; sərt diskin tutumu isə 250 QB təşkil edir.
Diod işıqları ilə təchiz edilmiş 10,1 düym ekran WSVGA (1024×600 nöqtə) kəskinliyinə malikdir. 0.3 meqapiksel ilə veb-kamera, kardrider və “Wi-Fi” (802.11b/g/n) adapteri var. Mini-kompyuterin çəkisi təxminən 1,4 kq-dır. Əməliyyat sistemi “Windows 7 Home Starter”dir.
“Verizon Wireless” operatorunun bəyanatına görə, LTE dəstəyi netbuk sahiblərinə “4G” ilə əhatə edilmiş zonalarda məlumatları 12 Mbit/s-yə qədər sürətlə yükləməyə icazə verəcək; əks-kanal (baza stansiyasına tərəf) ötürmə sürəti 5 Mbit/s-ə qədər təşkil edəcək. “Compaq Mini CQ10-688nr” netbukunun təxmini qiyməti 450 dollardır.


hard.compulenta.ru



Baxış sayı: 1301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024