12px13px15px17px
Tarix:20/04/13

Dövlət İdarəçilik Akademiyasında “Elektron hökümət”lə bağlı kurslar təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Elektron hökumət" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursları fəaliyyətə başlayıb. "ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə DİA-nın Mətbuat və informasiya xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, kursa Dövlət Hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri cəlb olunub. Sözügedən kurslar çərçivəsində "Elektron hökumət" - dövlət qulluqçusu yeni informasiya məkanında, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, "Elektron hökumət" - dövlət orqanlarının fəaliyyətinin təşkilinin yeni forması kimi, "Elektron hökumət"in normativ hüquqi təminatı, elektron xidmətlər, onların təşkili və təqdim olunması, "Elektron hökumət"in uğurunun amilləri və s. bu kimi problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Kurslarda Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın İnformasiya Texnologiyalari İnstitutunun direktoru Rasim Əliquliyev, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial İnnovasiyalar və Strateji Araşdırmalar şöbəsinin sektor müdiri Ceyhun Salmanovun mühazirələri nəzərdə tutulub.

CAHANGİR



Baxış sayı: 1272

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024