12px13px15px17px
Tarix:22/04/13

Azərbaycan poçtu qızıl səviyyəli sertifikata layiq görülüb

"Azərpoçt" MMC və "Azərekspresspoçt" RM qızıl səviyyəli sertifikatlara layiq görülüb. Belə ki, 193 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədi ilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmanın nəticələrini aparır.

2004-cü ildən 2012-ci ilə qədər bu sertifikatlaşmada cəmi 50-dən çox ölkənin təyin olunmuş poçt operatoru iştirak edib.

Sertifikatlaşma prosesi müxtəlif mərhələlərdə qiymətləndirmə yolu ilə aparılır və hər mərhələdə tələb olunan kriteriyalara cavab verən poçt operatoru növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Sonuncu – 5-ci mərhələdən də uğurla keçən poçt operatoruna əldə olunan nəticələrə uyğun olaraq yığılmış ballar əsasında A (qızıl), B (gümüş) və ya C (bürünc) səviyyəli sertifikat verilir.

Azərbaycanın poçt operatoru - "Azərpoçt" MMC ÜPİ-nin təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət etmiş və ÜPİ-nin müəyyən etdiyi müvafiq mərhələlərdən uğurla keçdikdən sonra ÜPİ-nin eksperti Azərbaycana ezam edilib. ÜPİ-nin eksperti tərəfindən "Azərpoçt" MMC-də audit yoxlaması keçirilmiş və Azərbaycan poçtunun ÜPİ-nin keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi müəyyən edilmiş, mümkün olan maksimum bal toplaya bilib.

Bu günlərdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktorunun imzası ilə "Azərpoçt" MMC-yə daxil olan məktubda bildirilib ki, bu təşkilatın Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlamasının nəticələri təsdiqlənmiş və "Azərpoçt" MMC qızıl səviyyəli sertifikata layiq görülüb. ÜPİ-nin cari ilin aprel ayında keçirilən yaz sessiyasının Plenar iclaslarında bu sertifikatlar Azərbaycan nümayəndəsinə rəsmi qaydada təntənəli şəkildə təqdim olunub.

Məlumat üçün bildiririk ki, indiyə kimi ÜPİ-nin A (qızıl) səviyyəli sertifikatına Azərbaycandan başqa Ukrayna, Belarus və Moldova, B (gümüş) səviyyəli sertifikata isə Qazaxıstan və Rusiya layiq görülüb. Bundan başqa "Azərekspresspoçt" RM 2012-ci ilin yekunlarına görə növbəti dəfə (7-ci dəfə) ÜPİ-nin EMS Kooperativinin qızıl səviyyəli sertifikatına layiq görülüb. Bu günlərdə bu sertifikatlar rəsmi qaydada Azərbaycan nümayəndəsinə ÜPİ-nin yaz sessiyasında təqdim olunub.

RƏVAN



Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 May 2020

27 05 2020