12px13px15px17px
Tarix:02/06/11

Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr

3-6 iyun tarixində Sankt-Peterburq şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) özünün növbəti, sayca üçüncü forumunu keçirəcək. Forumda Azərbaycandan dəvət alan nümayəndə heyətinin tərkibində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Etibar Umudov da iştirak edəcək. Forum çərçivəsində Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr üzrə də konfransın keçirilməsi nəzərdə tutulur. Burada Azərbaycanın bir çox sahələri ilə yanaşı, informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar qonaqlara tədim olunacaq.



Baxış sayı: 3916

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024