12px13px15px17px
Tarix:23/04/13

Gəncədə ATS ərazisində olan köhnə magistral xətlər yeni optik xətlərlə əvəzlənəcək

Gəncə telekommunikasiya idarəsində ATS-lərin ərazisində olan köhnə magistral xətləri yeni optik xətlərlə əvəz etmək üçün yeni layihə hazırlanır. Layihənin hazırlanması işi başa çatdıqdan sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim olunacaqdır.

Bu barədə məlumatı İdarənin baş mühəndisi İsrail Məmmədov verib. Onun sözlərinə görə şəhərin 5 əsas və 3 əlavə ATS məntəqələrinin əhatə etdiyi küçə və qəsəbələrdə olan köhnə tipli magistral xətlərin yeni optik xətlərlə əvəz edilməsi nəzərdə tutulub. İlk növbədə uzaq məsafədə olan internetin sürətini nəzərə almaqla 2 kilometrdən artıq olan xətlər dəyişdiriləcəkdir.

Ümumilikdə şəhər ərazisində 113 kilometr uzunluğunda optik kabelin çəkilməsi planlaşdırılır. Layihə 3 mərhələdə və 2013, 2014 və 2015-ci illərdə həyata keçiriləcəkdir.

RƏVAN



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024