12px13px15px17px
Tarix:23/04/13

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının "Android" əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sistem artıq aprelin 22-dən etibarən istifadəçilərin ixtiyarına verilib.

Mobil əlavəyə Prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, səfərləri, görüşləri və qəbulları barədə bütün informasiyalar daxildir.

Bununla yanaşı, proqramın istifadəçiləri imzalanmış sənədlər, göndərilmiş məktublar və qəbul olunmuş qanunlar barədə informasiyaları əldə edə bilərlər. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən əlavə "Xəbərlər", "Sənədlər", "Azərbaycan", "Prezident", "Administrasiya", "Müraciətlər", "Şəkillər", "Videolar", "Haqqında" və "Prezidentə məktub yazmaq" bölmələrindən ibarətdir.

Proqramın idarəetməsi Azərbaycan Prezidentinin mətbuat katibinin xidməti və Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.

SEYMUR



Baxış sayı: 814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024